İyul 17, 2020 09:30 Asia/Baku
  • İran regional inteqrasiyaya təkid edib

İran xarici işlər nazirinin siyasi müavini müştərək təhlükəsizlik təhdidlərilə mübarizə üçün regional inteqrasiyaya təkid edib.

SəhərAzəri xəbər verir, Seyyed Əbbas Əraqçi Kabildə Əfqanıstan Strateji Araşdırmalar Ofisinin təşkil etdiyi bir yığıncaqda bildirib ki, regionda təhlükəsizlik bölünəsi deyildir. O, deyib ki, Əfqanıstanda sülh və təhlükəsizlik/ İranda və digər region ölkələrində təhlükəsizlik deməkdir.

Əraqçi qeyd edib ki, bir region ölkəsinin təhlükəsizliyi və rifahı digər region ölkələrində təsirlidir. O, vurğulayıb ki, region ölkələri müştərək surətdə terror qrupları və narkotik qaçaqmalçıları ilə mübarizə aparmalıdırlar.

İran və Əfqanıstanın bir çox ortaqlıqlarına toxunan İran xarici işlər nazirinin siyasi müavini bildirib ki, İran-Əfqanıstan əlaqələri problemsiz əlaqələrdir.

Əraqçi qeyd edib ki, İran İslam Respublikası son qırx ildə Əfqanıstanın xalqı və hökumətinin kənarında olubdur. O, sonra deyib: Əfqanıstan da beynəlxalq səhnədə İran İslam Respublikasının mövqelərini daima himayə edibdir.

İran xarici işlər nazirinin siyasi müavini hazırkı şəraitdə ikitərəfli həmkarlıqlar üzrə əhatəli sənədin imzalanmasının önəmini vurğulayıb və belə söyləyib: Bu sənəd müxtəlif sahələrdə ikitərəfli həmkarlıqlar tərzini bəyan və tənzim edəcək, həmçinin iki ölkə əməkdaşlıqlarının yol xəritəsini ortaya qoyacaqdır.

Əraqçi bildirib ki, İran-Əfqanıstan strateji əməkdaşlıqlara dair əhatəli sənəd üzrə beş komitədən üç komitənin sənədləri yekunlaşıb və iki iqtisadi və təhlükəsizlik komitəsinin sənədləri də yekunlaşmaqdadır.

İran xarici işlər nazirinin siyasi müavini deyib: Bir-birinin işlərinə müdaxilə etməmək, təcavüz etməmək, digər ölkələrin İran və Əfqanıstaın ərazilərindən bu iki ölkədən birinə təcavüz üçün istifadə etməmələri, həmçinin terrorizm və narkotik maddələrlə birgə mübarizə iki ölkənin müdafiə və təhlükəsizlik sahələrinə hakim kəsilən ən mühüm prinsiplərdəndir.

Əraqçi Əfqanıstan rəsmiləri ilə görüşlər keçirmək məqsədilə çərşənbə günü axşam yüksək səviyyəli siyasi, iqtisadi və təhlükəsizlik heyətilə Kabilə daxil oldu.

 

Teqlər