İyul 20, 2020 15:11 Asia/Baku
  • İran İslam Respublikası Suriya parlament seçkilərinin uğurla keçirilməsindən məmnundur

İran Xarici İşlər Nazirliyinin sözçüsü Suriya parlament seçkilərinin uğurla keçirilməsindən məmnunluğunu ifadə edərək dedi: "Ümid edirik ki, bu seçki Suriya-Suriya siyasi dialoq prosesində sülh, sabitlik və tərəqqi istiqamətində müsbət bir addım olacaq və Suriya xalqının əzablarını yüngülləşdirəcəkdir."

SəhərAzəri xəbəe verir, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musavi, bu gün (Bazar ertəsi) Suriya parlament seçkilərinin müvəffəqiyyətlə keçirilməsindən məmnunluğunu ifadə edərək əlavə etdi: “Bu seçkilər elə bir şəraitdə keçirilib ki, Suriya xalqı ağır vəziyyətdədir və Terrorizm, xarici işğalçı qüvvələrin olması və ədalətsiz birtərəfli sanksiyalar ucbatından çox əziyyət çəkir.”
Musəvi vurğuladı: İran İslam Respublikası, Suriyadakı parlament seçkilərinin, Suriya-Suriya siyasi dialoq prosesində sülh, sabitlik və tərəqqi istiqamətində müsbət bir addım olacağına və Suriya xalqının iztirablarını yüngülləşdirəcəyinə ümid edir.
Suriyada parlament seçkiləri bazar günü 15 seçki dairəsində keçirilib, 250 yer uğrunda 200 qadın da daxil olmaqla 1665 namizəd rəqabət aparıb.
Suriyada Koronavirusun başlaması səbəbindən seçki iki dəfə təxirə salınıb, lakin dünən 14 əyalətdəki 15 seçki dairəsində (Hələb əyalətində iki seçki dairəsi yaradıldı) protokollara uyğun olaraq keçirildi.

Teqlər