İranda 240 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
https://azeri.sahartv.ir/news/İran-i364899-İranda_240_min_nəfərdən_çox_koronavirus_xəstəsi_sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 240 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2020 14:23 Asia/Baku
  • İranda 240 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 240 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 414 yeni koronavirus xəstəsi aşkar edilib . 1641 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 276 min 202 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 217 xəstənin vəfat etməsinə işarə edib. Qeyd edib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on dörd min 405 nəfərə çatıbdır.