İyul 21, 2020 20:03 Asia/Baku
  • Lavrov nüvə anlaşmasının qorunmasını vurğulayıb

Rusiya xarici işlər naziri bildirib ki, Moskva İranla nüvə anlaşmasının qorunması üçün var gücü ilə çalışacaq.

SəhərAzəri xəbər verir, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə deyib ki, Rusiya Amerikanın nüvə anlaşmasının məhv edilməsinə dair siyasətini pisləyir və onun qorunması üçün var gücü ilə çalışacaq.

Lavrov deyib: Nəinki Rusiya, Çin də bu sahədə fəaliyyət göstərir və nüvə anlaşmasının avropalı üzvləri də bu anlaşmanın qorunması üçün səy göstərirlər.

Sergey Lavrov nüvə anlaşması, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi, Astana müzakirələri və İran-Rusiya strateji həmkarlıqlarının davam etməsini özünün Zəriflə görüşünün mehvərlərindən adlandırıb.

İranın xarici işlər naziri Rusiyanın prezidenti və xarici işlər naziri ilə görüşmək məqsədilə bu gün Moskvaya daxil olub.

Teqlər