İranda təqribən 247 min COVID-19 xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 2 min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və təqribən 247 min nəfər xəstənin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər veriri, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 621 yeni koronavirus xəstəsi aşkar edilib . 2004 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 284 min 34 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 221 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on beş min 74 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 247 min 230 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Dünyada koronavirusa yoluxanların sayı da azı on beş milyon 357 min 5 nəfərə çatıb. Onlardan təqribən 630 min nəfər həyatını itirib, 9 milyon 349 min 420 nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.