İyul 24, 2020 16:18 Asia/Baku
  • İranda təqribən 249 min COVID-19 xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 2 min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və təqribən 249 min nəfər xəstənin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər veriri, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min489 yeni koronavirus xəstəsi aşkar edilib . 1504 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 286 min 523 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 215 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on beş min 289 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 249 min 212 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Dünyada koronavirusa yoluxanların sayı da azı on beş milyon 654 min 649 nəfərə çatıb. Onlardan təqribən 636 min 479 nəfər həyatını itirib, 9 milyon 535 min 641 nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər