İranda 251 mindən çox insan koronavirusdan sağalıb
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Covid-19 infeksiyasına təxminən 2 min yeni yoluxma faktının qeydə alındığını, 251 mindən çox xəstənin isə bu virusdan sağaldığını bildirib.
SəhərAzəri xəbər verir, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi Sima Sadat Lari şənbə günü koronavirusun son durumu ilə bağlı açıqlama verərkən, İranda qəti diaqnostika meyarlara əsasən, koronavirusa iki min 316 yeni yoluxma faktının qeydə alındığını, onlardan 1 298 nəfərin xəstəxanaya yerləşdirildiyini, qalanlarına isə ambulator xidmət göstərildiyini bildirib.
Larinin sözlərinə görə, iranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 288 min 839 nəfər çatıb, son sutkada 195 xəstə həyatını itirib və beləliklə koronavirusdan ölənlərin ümumi sayı 15 min 484 nəfərə yüksəlib.
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi hazırkı dövrədək, 251 min 319 nəfərin müalicə olunaraq, xəstəxanalardan evə buraxıldığını açıqlayıb.