Sionistlər özlərinin ən kövrək vəziyyətindədirlər
İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi deyib ki, sionistlər özlərinin ən kövrək vəziyyətindədirlər.
SəhərAzəri xəbər verir, Hoseyn Əmir Əbdollahiyan İranın birinci telekanalı ilə müsahibədə sionistlərin İordan çayının qərb sahilindən bəzi hissələrin işğal olunmuş ərazilərə qatılması üzrə planına işarə ilə söyləyib ki, sionistlər bu planı ötən həftələrdə icra etməyə çox çalışdılar, lakin reaksiyalara və özlərinin nigarançılıqlarına görə, bu işi görə bilmədilər.
Əmir Əbdollahiyan sonra deyib ki, əgər sionistlər bu ağılsız hərəkəti etsəydilər, sırf siyasi cavab alacaqdılar.
İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi sionistlərin İranın sərnişin təyyarəsinə qarşı təhdid macərasına reaksiyaları barədə isə belə deyib: Sionistlər bir tərəfdən, təhrikə səy göstərirlər, digər tərəfdən isə özlərinin rolunu təkzib edirlər.
İki amerikan qırıcı cümə axşamı günü Suriya səmasında Tehrandan Beyruta uçan sərnişin təyyarəsi üçün problem yaratdı və bu hərəkət həmin reysin bəzi sərnişinlərinin zərər çəkmələrinə bais oldu.