İyul 26, 2020 18:26 Asia/Baku
  • İranda 253 mindən çox insan koronavirusdan sağalıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Covid-19 infeksiyasına təxminən 2 min yeni yoluxma faktının qeydə alındığını, 253 mindən çox xəstənin isə bu virusdan sağaldığını bildirib.

SəhərAzəri xəbər verir, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi Sima Sadat Lari şənbə günü koronavirusun son durumu ilə bağlı açıqlama verərkən, İranda qəti diaqnostika meyarlara əsasən, koronavirusa iki min 333 yeni yoluxma faktının qeydə alındığını, onlardan 1 282 nəfərin xəstəxanaya yerləşdirildiyini, qalanlarına isə ambulator xidmət göstərildiyini bildirib.

Larinin sözlərinə görə, iranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 291 min 172 nəfər çatıb, son sutkada 216 xəstə həyatını itirib və beləliklə koronavirusdan ölənlərin ümumi sayı 15 min 700 nəfərə yüksəlib.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi hazırkı dövrədək, 253 min 213 nəfərin müalicə olunaraq, xəstəxanalardan evə buraxıldığını açıqlayıb.

Teqlər