Avq 09, 2020 15:29 Asia/Baku
  • ABŞ-ın İran əleyhinə sanksiyaların uzadılmasına dair qətnaməsi uğur qazanmayacaq

Qərb diplomatları İran ilə nüvə anlaşmasının qorunması zərurətinə təkid edərək, ABŞ-ın İrana qarşı silah embarqosuna dair qətnaməsinin BMT-də səs toplamayacağını deyiblər.

Sahar Azari bildirir ki, BMT-nin Təhlükəsizlik Şurasının cari həftənin çərşənbə axşamı günü İrana qarşı sanksiyaların müddətinin uzadılmasına dair ABŞ-ın təklif etdiyi qətnaməni araşdıracağı bir vaxtda Qərb ölkələrinin BMT-dəki diplomatlarının bu qətnamə ilə müxalifəti o qədər çoxdur ki, Rusiya və Çinin veto haqqından istifadə etməsinə belə gərək qalmayacaq.

Fransa xəbər agentliyinin bildirdiyinə görə ABŞ dövlət katibi Mayk Pompeo ötən həftənin çərşənbə günü İran əleyhinə sanksiyaların müddətinin uzadılmasına dair qətnamənin Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacağını bildirib. Baxmayaraq ki, Çin və Rusiya dəfələrlə bu qətnamə ilə müxalif olduqlarını elan ediblər. 

Bu məlumata görə Qərb diplomatlarından biri qeyd olunan qətnamədə İrana qarşı maksimum təzyiq nəzərdə tutulub. 

Fransa xəbər agentliyinin bildirdiyinə görə ABŞ-ın qətnaməsində İran əleyhinə silah embarqosunun limitsiz şəkldə uzadılması istənilir. 

Teqlər