Avq 10, 2020 08:10 Asia/Baku
  • ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsi rədd ediləcək

Diplomatik mənbələr ABŞ-ın İrana qarşı silah enbarqosu qətnaməsinin rədd ediləcəyini bildirirlər.

Sahar Azari bildirir ki, ABŞ İrana qarşı silah enbarqosuna dair qətnaməni gələn həftə BMT Təhlükəsizlik Şurasına çıxaracaq. Lakin KİV-lər şuranın bu qətnamə layihəsini qəbul etməyəcəyini bildirirlər.

 FransPress xəbər verir ki, bu barədə BMT-də olan diplomatik mənbələr məlumat veriblər.

Bildirilib ki, ABŞ-ın İrana qarşı silah enbarqosu qərarının uzadılması üçün müzakirəyə çıxarmaq istədiyi qətnamə layihəsi qəbul edilməyəcək.

Bundan öncə ABŞ dövlət katibi bildirib ki, İrana qarşı silah enbarqosu ilə bağlı qətnamə layihəsi gələn həftə BMT TŞ-da müzakirə ediləcək.

Qeyd edək ki, nüvə sazişindən birtərəfli qaydada çıxan ABŞ bu sazişdə yer alan bəndlərin birinə yəni "İrana qarşı silah enbarqosunun cari oktyabr aryında bitməsi" məsələsinə etiraz edir və onun qüvvəsində qalmasını istəyir.

Teqlər