Ruhani: "İranın silah və müdafiə gücü bütün reginun xeyrinədir"
İran İslam Respublikası Prezidenti İranın öz silah və imkanlarından yalnız ölkəni əcnəbilərin hücumundan qorumaq məqsədilə istifadə etdiyini vurğulayarq, İranın silah və müdafiə gücünün bütün reginun xeyrinə olduğunu bəyan edib.
SəhərAzəri xəbər verir, İran İslam Respublikası Prezidenti Həsən Ruhani bu gün Nazirlər Kabinetinin iclasında etdiyi çıxışında qonşu ölkələri ABŞ-ın sui-istifadəsi qarşısında ayıq olmağa çağırıb və qeyd edib ki, region ölkələri region xalqının resurslarını talan edib onun qarşılığında qonşularını bombalamaq üçün silah satanlardan ehtiyat etməlidirlər.
Həsən Ruhani İranın, İraqın Bəəs rejiminin devrilmiş diktatoru Səddam Hüseynin Küveytə hücumunu qınayan ilk ölkə olduğunu bəyan edib.
"İran əməldə sübut edibdir ki, regionun sabitliyinin tərəfdarıdır və əgər o zaman Səddam Hüseynə yaşıl işıq göstərsəydi bu diktator Küveyt hücumunu sabahısı günü bütün Ərəbistan, Qətər və BƏƏ-ni də işğal edəcəkdir", -deyə Ruhani əlavə edib.
İran prezidenti bəzi region ölkələrinə xitabən deyib: "Əgər İran regionun sabitliyi üçün səy göstərməsəydi, İranın bəzi cənub qonşuları indi yoxudular".
Ruhani, həmçinin ABŞ-ın anti-İran qətnamə layihəsinin BMT-nin Təhlükəsizlik Şurasında təsdiqlənməsini nüvə anlaşmasının kobud şəkildə pozulması kimi dəyərləndirib və onun nəticələri ilə bağlı səbəbkarlarının məsuliyyət daşıyacağını bildirib.
"Vaşinqton İran qarşısında məğlub olacaq və İran milli maraqları və qayda-qanunlara əsasən gördüyü hər bir işdə uğur qazanacaq", -deyə dövlət başçısı əlavə edib.
İran Prezidenti sözlərinin davamında hər kəsi Livan hadisəsindən sui-istifadə etməkdən çəkinməyə çağırıb və deyib" Livan birlik, sakitlik və yardıma ehtiyaclıdır".
Həsən Ruhani, həmçinin İranın Livavana göndərdiyi tibbi ləvazimat və dərman yardımlarına da toxunub. O, müxtəlif hadislələr qarşısında müqavimə göstərən Livanın hörmətli xalqının bu dəfə də müvəffəq olacağına və bu çətin günləri arxada qoyacağına əminlik ifadə edib.