Amerika İrana qarşı silah sanksiyasının uzadılması cəhdində aciz qalıb
https://azeri.sahartv.ir/news/İran-i365873-amerika_İrana_qarşı_silah_sanksiyasının_uzadılması_cəhdində_aciz_qalıb
İranın xarici işlər naziri vurğulayıb: Amerika acizlik üzündən Fars Körfəzi əməkdaşıq şurası baş katibinin şəxsi mövqeyini regional konsensus adlandırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2020 04:56 Asia/Baku
  • Amerika İrana qarşı silah sanksiyasının uzadılması cəhdində aciz qalıb

İranın xarici işlər naziri vurğulayıb: Amerika acizlik üzündən Fars Körfəzi əməkdaşıq şurası baş katibinin şəxsi mövqeyini regional konsensus adlandırır.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif tvitter-də yazır: Amerika Birləşmiş Ştatları İrana qarşı silah məhdudiyyətlərinin qanunsuz şəkildə uzadılması üzrə səyinə dəstəyin mövcud olduğunu göstərmək üçün o qədər çarəsiz qalıbdır ki, Fars Körfəzi əməkdaşıq şurası baş katibinin zor gücünə əldə olunan şəxsi mövqeyinə söykənir və onu regional konsensus adlandırır.

Zərif bu tvitt-də Qətərin Fars Körfəzi əməkdaşıq şurası baş katibinin İrana qarşı silah sanksiyasının uzadılmasına dair mövqeyinə qarşı çıxmasına toxunaraq belə qeyd edib: Hamı bilirdi ki, regionda və hətta Fars Körfəzi əməkdaşıq şurasında əksəriyyət bu məsələyə razılıq verməyəcək.

Belə bir halda, Qətər xarici işlər nazinin «terrorizmlə mübarizə və ixtilafların həllində vasitəçilik» üzrə xüsusi nümayəndəsi Mutləq bin Macid Əlqəhtani/ Əlcəzirə telekanalı ilə müsahibədə deyib: Fars Körfəzi əməkdaşıq şurasında razılaşdırılmış mövqelər üzv ölkələrin xarici işlər nazirlərinin iclasında təyin və elan olunacaq və şuranın baş katibinin İrana qarşı silah sanksiyasının davam etməsinə dair mövqeyi üzv ölkələrin baxışı hesab olunmur.