Avq 16, 2020 13:41 Asia/Baku
  • Sionist rejimlə mübarizə heç vaxt dayanmayacaq

İran İslam Şurası Məclisinin sədri Əmirliklər ilə sionist rejimin sazişinə işarə edərək, sionist rejimlə mübarizənin heç vaxt dayanmayacağını bildirib.

Səhər Azəri bildirir ki, Məhəmməd Baqir Qalibaf haqq ilə batil arasındakı aşkar qarşıdurmanın Qüdsi-Şərifin azad edilməsi yolunda müqavimət mehvərinin daha da güclənməsinə səbəb olacağını deyib..

Məhəmməd Baqir Qalibaf İran İslam Şurası Məclisinin bu günkü plenar iclasında deyib: Bu saziş Fələstin amalına, İslam təlimlərinə və insani dəyərlərə aşkar xəyanətdir.

İran İslam Şurası Məclisinin sədri sonra deyib: Sionist rejimlə dostluq planı cızan kəslər bütün İslam Ümmətinin nəzərində xain, cani və nəhs sionist rejimin hərəkətləri ilə əlbir olacaqlar.

O, söyləyib: Bütün hazırkı xainlərə və bu, insanlığa zidd və nəhs plana ehtimal üzrə qatılmaq niyyətində olan kəslərə xəbərdarlıq edirik ki, sionist rejimlə mübarizə əsla dayanmayacaq və günü-gündən daha artıq qüdrət və agahlıqla İslam Ümməti və şərəfli Fələstin xalqı tərəfindən davam etdiriləcəkdir.

Teqlər