Buşehr əyalətində 4 bal gücündə zəlzələ
Avq 20, 2020 04:05 Asia/Baku
Cümə axşamı səhər Buşehr əyalətində yerləşən Xormuc şəhərində 4 bal gücündə zəlzələ baş verib.
SəhərAzəri xəbər verir, Yerli vaxtla cümə axşamı saat 2: 43-də Buşehr əyalətində Xormucu silkələyən həmin zəlzələ yerin 15 kilometr dərinliyində baş verib.
Zəlzələnin episentri 51.53 uzunluq və 28.74 enində olduğu bildirildi.
Zəlzələnin baş verdiyi yerin Buşəhrin cənubundan 70 kilometr fasiləsi var.
Ehtimal olunan hər cür dağıntı və xəsarət barədə məlumat yayılmayıb.