İranda yarım milyon xarici qaçqın pulsuz təhsil alır
İran İslam Respublikasında yarım milyon xarici qaçqın pulsuz təhsil alır.
SəhərAzəri xəbər verir, bu məlumata əsasən, İranın təhsil naziri Möhsün Hacı Mirzai bildirib ki, 2013-cü ildə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahul-üzma Xameneinin göstərişindən sonra bütün əcnəbilərə, hətta qanunsuz qaçqınlara İran məktəblərində pulsuz təhsil almaq imkanı verilib. "Hal-hazırda İranda xarici tələbələrin sayı 560 min nəfərdir. Onların əksəriyyəti Əfqanıstan vətəndaşıdır", - deyə nazir deyib.
Xatırladaq ki, Ali Rəhbərin əmri ilə heç bir qaçqın məktəbli təhsil almaq imkanından məhrum edilməməlidir. Eyni zamanda, 2017-18 dərs ilinin əvvəlindən çoxlu sayda qeyri-qanuni qaçqın uşaqları digər iranlı tələbələrlə birlikdə təhsil almaq imkanı əldə edib.