İranın hər cür silah sanksiyaları qayıdışına cavabı kəskin olacaq
İranın hər cür silah sanksiyaları qayıdışına cavabı kəskin olacaq
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Vaşinqtonun tətik mexanizminə istinad üzrə iddiasını əsassız adlandıraraq, xəbərdarlıq edib ki, Tehranın hər cür silah sanksiyaları qayıdışına cavabı kəskin və sərt olacaqdır.
Səhər Azəri bildirir ki, Məcid Təxte Rəvançi şənbə günü yayılan «Silahlara Nəzarət Cəmiyyəti» adlı amerikan araşdırma mərkəzi ilə müsahibəsində deyib : Amerikanın tətik mexanizmindən istifadə üzrə səyi çox gülüncdür, zira bu ölkə nüvə anlaşmasının üzvü deyildir.
Təxte Rəvançi söyləyib: Amerika rəsmiləri dəfələrlə iddia ediblər ki, nüvə anlaşması və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi iki ayrı-ayrı sənəddir. O, sonra deyib: Amerikalılar görünür, 2231 saylı qətnaməni mütaliə etməyiblər, zira bu qətnamə nüvə anlaşmasını təsdiq edir və nüvə anlaşması 2231 saylı qətnamənin əlavəsidir.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi vurğulayıb ki, Amerikanın nüvə anlaşmasına üzvlük barədəki iddiasının heç bir qanuni və hüquqi əsası yoxdur. O, deyib: İran silah sanksiyalarının qayıdışına cavab üçün müxtəlif seçimlərə malikdir.
Təxte Rəvançi MAQATE-nin direktorlar şurasının agentliyin İranın bütün nüvə saytlarına əlçatanlığı üçün İrana qarşı qətnamə qəbul etməsi haqda isə belə deyib: Agentlik 2019-cu ildə dünya boyu apardığı təftişlərin təqribən 20 faizini İranda həyata keçiribdir, buna görə, bu statistika da göstərir ki, İran agentliklə ardıcıl surətdə həmkarlıq edibdir.