İran Türkiyənin investiyasını alqışlayır
https://azeri.sahartv.ir/news/İran-i366399-İran_türkiyənin_investiyasını_alqışlayır
İranın vitse-prezidenti və plan-büdcə təşkilatının sədri deyib ki, İran Türkiyənin investiyasını alqışlayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2020 14:55 Asia/Baku
  • İran Türkiyənin investiyasını alqışlayır

İranın vitse-prezidenti və plan-büdcə təşkilatının sədri deyib ki, İran Türkiyənin investiyasını alqışlayır.

Səhər Azəri bildirir ki, sıxılmış taxta vərəqlər istehsalı şirkəti İranın vitse-prezidenti Mohəmmədbaqer Noubəxtin iştirakı ilə Abyek bölgəsindəki «Kaspian» sənaye şəhərciyində istifadəyə verilib.

Noubəxt Türkiyədən olan xarici investisiya ilə tikilən bu istehsal şirkətinin açılışı mərasimində deyib: «AGT» şirkəti sənaye sahəsindəki fəaliyyət keçmişinə əsasən, mütləq Qəzvin vilayətində mövcud olan imkanlardan məhsulların emalı üçün ən layiqli tərzdə istifadə edə bilər.

«AGT» şirkəti 40 milyon avro sərmayə ilə Qəzvindəki «Kaspian» sənaye şəhərciyində fəaliyyət göstərir. Bu şirkət müxtəlif növlü profil və parket istehsalı sahəsində çalışır. Şirkət ilk addımda İranın daxili ehtiyacının təminedicisi kimi fəaliyyət göstərəcəkdir.