Avq 24, 2020 19:40 Asia/Baku
  • BƏƏ-sionist rejim sazişi İslam Dünyasına vurulan yaradır

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, əmirliklərlə sionist rejimin sazişi İslam Dünyasına vurulan yaradır.

Səhər Azəri bildirir ki, o, bildirib ki, dünya müsəlmanları heç vaxt Qüdsi-Şərifə xəyanəti unutmyacaqlar.

Səid Xətibzadeh sonra deyib: Əgər Qərbi Asiyada sionist rejim tərəfindən region təhdid edilərsə, onun məsuliyyəti əmirliklərin üzərinə düşəcəkdir.

Xətibzadeh vurğulayıb: İranın müdafiə və təhlükəsizlik doktrinasında Fars Körfəzi bir məkandır ki, sionist rejim orada təhdid hesab olunmur. Eyni zamanda sionist rejim İran üçün təhdid sayılmaq həddindən çox-çox aşağıda durur.

Xətibzadeh MAQATE-nin baş direktoru Rafael Qrossinin Tehrana səfəri barədə isə belə deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin etirafına görə, bu beynəlxalq orqanın tarixi boyu həyata keçirdiyi ən çox baxış və əlçatanlıqlar İranda baş verib və əgər agentlik üçüncü tərəflərdən və siyasi təzyiqlərdən uzaq, müstəqil və tərəfsiz hərəkət edərsə, texniki baxımdan İran ilə agentlik arasında heç bir problem olmayacaqdır.

Xətibzadeh İraqın xarici işlər naziri Fuad Husəynin İran ilə region ölkələri arasında strateji müzakirələrin keçirilməsinə hazırlıq elan etməsi barədə isə belə söyləyib: İraq İranın xarici siyasətində xüsusi yerə malikdir və İran xarici işlər nazirinin Bağdada son səfəri zamanı iki ölkə arasında strateji sənəd məsələsi gündəmdə durub və bu məsələ yekunlaşdırıldıqdan sonra, barəsində məlumat veriləcək.

Teqlər