ABŞ-ın İrana qarşı sanksiyaların qaytarılmasına dair bildirişi təsirsizdir
https://azeri.sahartv.ir/news/İran-i366456-abŞ_ın_İrana_qarşı_sanksiyaların_qaytarılmasına_dair_bildirişi_təsirsizdir
Fransanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi çərşənbə axşamı günü şuranın virtual iclasında Avropa üçlüyünün ABŞ-ın İrana qarşı tətik mexanizminin fəallaşdırılmasına dair mövqeyini elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2020 04:11 Asia/Baku
  • ABŞ-ın İrana qarşı sanksiyaların qaytarılmasına dair bildirişi təsirsizdir

Fransanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi çərşənbə axşamı günü şuranın virtual iclasında Avropa üçlüyünün ABŞ-ın İrana qarşı tətik mexanizminin fəallaşdırılmasına dair mövqeyini elan edib.

SəhərAzəri xəbər verir, Anna Qoyqon BMT Təhlükəsizlik Şurasının virtual iclasındakı çıxışında ABŞ-ın İrana qarşı tətik mexanizminin fəallaşdırılmasına dair addımı barədə xatırlatma verib.

Fransanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi deyib: 2231 saylı qətnaməyə əsasən, Amerika nüvə anlaşmasının üzvü hesab olunmur və Vaşinqtonun bildirişi tətik mexanizmi prosesini fəallaşdıra bilməz.