Avq 26, 2020 14:36 Asia/Baku
  • İran boyu əzadarlıq mərasimi əhval-ruhiyyəsi hökm sürür

Dünya şiələrinin üçüncü imamı İmam Husəyn(ə)-ın əzadarlıq mərasimi bütün İranda keçirilib.

SəhərAzəri xəbər verir, Bu gün, çərşənbə, Məhərrəm ayının altıncı günüdür və bütün İran xalqı, o sıradan paytaxt Tehran sakinləri səhiyyə protokollarına riayət etməklə açıq havada şəhidlər ağası Həzrət İmam Husəyn(ə)-ın matəmində əzadarlıq edərək, növhələr oxuyurlar.

Bu mərasimlərdə paklıq Əhli-Beyti(ə) mədhiyyəçiləri Fatimə(s.ə)-nın övladı İmam Husəyn(ə)-ın, o həzrətin vəfalı köməkçiləri və xanədanının və Kərbəla şəhidlərinin matəmində mərsiyə və növhələr oxuyurlar.

Ötən günlər və gecələrdə Məhərrəm ayının ilk on gününün əzadarlıq mərasimləri keçirilib və xalq koronavirus pandemiyasından irəli gələn hazırkı vəziyyəti düzgün dərk etdiyini nümayiş etdirərək, bütün səhiyyə qaydalarına riayət edibdir.

Əzadarlıq mərasimlərinin videoformatda keçirilməsi də dini heyətlərin tədbirlərindəndir. İran İslam Respublikasının TeleRadio Təşkilatı da canlı virtual mərasimlər təşkil edərək, əzadarlıq mərasimini iranlıların evlərinə aparıbdır.

Dünya şiələrinin üçüncü imamı İmam Husəyn(ə) və onun sadiq köməkçiləri 61-ci hicri qəməri ili Məhərrəm ayının onunda Kərbəlada şəhid oldular. Onlar Kərbəla çölündə öz misilsiz fədakarlıqları ilə bütün dünya xaqlarına azadəlik və izzət dərsini öyrətdilər.

İmam Husəyn(ə) Kərbəla hadisəsində açıq şəkildə vurğuladı: Mənim məqsədim, İslama qarşı ola hökuməti rüsvay etmək, yaxşı işlərə yönəltmək və pis işlərdən çəkindirməyi qurmaq, həmçinin zülm və zülmkarlıq qarşısında dayanmaqdır.

İmam Husəyn(ə)-ın əzadarlıq mərasimləri bütün İranda, koronavirus epidemiyasının artma prosesinə malik olmadığı bir şəraitdə keçirilir. Xarici medialar isə bu günlər iddia ediblər ki, İranda bu mərasimin keçirilməsi güya qadağan edilibdir.

Teqlər