AEBA-nın peşəkar yeri gücləndirilməlidir
İran prezidenti MAQATE-nin istiqlaliyyəti, tərəfsizliyi və peşəkarlığını son dərəcə mühüm adlandırıb.
SəhərAzəri xəbər verir, Həsən Ruhani deyib ki, agentliyin ümumi fikirdəki peşəkar yeri gücləndirilməlidir.
İran İslam Respublikasının prezidenti bu gün Tehranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşdə bildirib ki, MAQATE, İranın könüllü surətdə icra etdiyi müahidə və əlavə protokollar sahəsindəki öz texniki-ixtisas vəzifələrindən əlavə, nüvə anlaşması və bu çoxtərəfli sənədin qorunub saxlanılması ilə bağlı da mühüm məsuliyyətə malikdir.
Qrossinin bu səfərində agentliklə İranın Atom Enerjisi Təşkilatı arasındakı razılaşmaya işarə edən Ruhani belə qeyd edib: İranın/ daima Tehran üçün problem yaratmaq ardınca olan qatı düşmənləri var. Bu düşmənlərin həm atom silahı var, həm də agentliklə həmkarlıq etmirlər.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru da bu səfərdə agentliklə İranın Atom Enerjisi Təşkilatı arasında razılaşmanın əldə olunmasından razılıq ifadə edərək, İran-MAQATE əməkdaşlıqlarının daha da genişləndirilməsi və dərinləşdirilməsini vurğulayıb.
Qrossi deyib: Nüvə anlaşması sözün əsl mənasında, bütün tərəflər üçün böyük bir nailiyyət və meyar olub və onun qorunması üçün agentliyə mühüm vəzifə həvalə olunubdur.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru həmçinin bildirib ki, agentliyin fəaliyyəti texniki və peşəkarcasınadır. O, qeyd edib ki, xarici amillər və səslərin agentliyin İranla həmkarlığına təsir göstərmələrinə icazə verilməməlidir.
İran İslam Respublikası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Rafael Qrossinin Tehrana ikigünlük səfərinin sonunda bir bəyanatda bildiriblər ki, iki tərəf müahidənin icrası ilə bağlı agentlik tərəfindən müəyyən edilmiş mövzuların xoşməramlılıqla həlli barədə razılığa gəlibdir.