İran və Rusiya süni intellekt sahəsində əməkdaşlıqları genişləndirir
https://azeri.sahartv.ir/news/İran-i366818-İran_və_rusiya_süni_intellekt_sahəsində_əməkdaşlıqları_genişləndirir
İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini və Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini süni intellekt sahəsində əməkdaşlıqların genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2020 11:33 Asia/Baku
  • İran və Rusiya süni intellekt sahəsində əməkdaşlıqları genişləndirir

İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini və Rusiyanın rəqəmsal inkişaf nazirinin müavini süni intellekt sahəsində əməkdaşlıqların genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

SəhərAzəri xəbər verir, İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Həmid Fəttahi İran-Rusiyanın əməkdaşlıq qrupunun rabitə və informasiya texnologiyaları sahəsində onlayn formatda keçirilən ikinci iclasında iki ölkə arasında telekommunikasiya və poçt, rabitə xidmətləri və rəgəmsal iqtisadiyyat, həmçinin təhsil və tədqiqat sahəsində əməkdaşlıqların genişləndirilməsini məmnuniyyətlə qarşılayıb.

Rusiyanın rəgəmsal inkişaf nazirinin müavini Maksim Parşin də ölkəsinin 2018-ci ildən bəri öz inkişaf mehvərlərindən birinin rəgəmsal mühitin yaradılması olduğunu bildirərək, deyib: "Moskva elektronika və ağıllı şəhərlər sahəsindəki təcrübələrini İranla bölüşməyə hazırdır".