Sen 03, 2020 18:50 Asia/Baku
  • Ağ Ev-in İrana qarşı fitnələri uğursuz qalıb

İran prezidenti deyib ki, Ağ Ev-in İrana qarşı fitnələri uğursuz qalıb.

SəhərAzəri xəbər verir, Həsən Ruhani söyləyib: Ağ Ev-in İranın xalqı və dövlətini təslim etmək üzrə bütün fitnə və planları böyük bir strateji xəta kimi tamamilə uğursuz qalıbdır.

İran İslam Respublikasının prezidenti bu gün energetika nazirliyi sahəsində üç milli layihənin istifadəyə verilməsi mərasimində sonra deyib: Bu layihələrin, özü də İslami İrana qarşı ən şiddətli və ən sərt sanksiyaların tətbiq edildiyi bir dövrdə istifadəyə verilməsi məsul şəxslərin səyləri və müqavimətini, eləcə də xalqın müşayiətini göstərir.

İran xalqının heç vaxt Amerikaya təslim olmayacağını vurğulayan Ruhani bildiribdir ki, düşmənlərin planları ölkəni inkişaf yolundan saxlaya bilməyibdir.

İran İslam Respublikasının prezidenti həmçinin bildirib ki, «tətik mexanizmi» planı BMT Təhlükəsilzik Şurasının iclasında iştirak edən on dörd üzvdən on üçünün müxalifəti ilə rədd olundu. O, deyib: Belə bir məğlubiyyət Amerikanın siyasi tarixində nadir bir hadisədir və bu uğursuzluq İran xalqının müqavimətinə görə olubdur.

Su və enerji sahəsində üç layihənin istifadəyə verilməsi mərasimi bu gün İran İslam Respublikası prezidentinin iştirakı ilə videoformatda Ərdəbil, Kermanşah və Şərqi Azərbaycan vilayətlərində keçirilib.

Teqlər