Sen 03, 2020 19:28 Asia/Baku
  • İranda 328 min koronavirus xəstəsi sağalıb

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi koronavirusdan təxminən 328 mind xəstənin sağaldığını bildirib.

SəhərAzəri xəbər verir, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari bu gün koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, son 24 saat ərzində min 994 nəfərədə COVİD-19 infeksiyası aşkarlanıb,  onlardan 1 063 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicə alaraq, evə buraxılıb. 

Larinin sözlərinə görə, İranda koronavirusa yoluxanların ümumi sayı 380 min 746 nəfərə çatıb, son sutkada 129 nəfər bu virusdan dünyasını dəyişib, beləliklə də koronavirus qurbanlarının ümumi sayı 21 min 926 nəfərə yüksəlib.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi hazırkı dörədək, 328 min 595 xəstənin sağalaraq, xəstəxanalardan evə buraxıldığını bildirib.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 26 milyon nəfəri ötübdür. Onlardan ən azı 867 min nəfər həyatını itirib, 18 milyondan çox xəstə isə sağalıb.

Teqlər