Sen 07, 2020 19:55 Asia/Baku
  • İran, Azərbaycan, Avropa və ABŞ-da koronavirusla bağlı son durum

ABŞ-da can almaqda davam edən "Covid-19" Avropa iqtisadiyyatının da nəfəsini kəsib.

Səhər Azəri bildirir ki, ABŞ-da koronavirus hələ də can alır.  Avropa iqtisadiyyatı da koronavirusdan irəli gələn təzyiqlər nəticəsində nəfəs almaqda çətinlik çəkir. Azərbaycan Respublikası və İranda isə koronavirusun fəsadlarının aradan qaldırılması istiqamətində səmərəli addımlar atılır. 

"Frans Press"in məlumatına görə, Avropa 4 milyondan çox insan koronavirusa yoluxub, həmçinin ABŞ-da koronavirusa yoluxanların sayı 200 min nəfərə yaxınlaşmaqdadır. Bu elə bir halda baş verir ki, dünyanın ən güclü iqtisadiyyatına sahib hökumətlər koronavirusun təsiri altında iflasa uğrayıblar. Gəlirləri turizm sektorundan asılı olan ölkələr ağır gəlir problemi yaşayırlar və onları qarşıda aydın gələcək gözləmir.

Nazirlər Kabineti yanında operativ qərargahdan vrilən məlumata görə, Azərbaycan Respublikasının son 24 saat ərzində daha 89 nəfər koronavirusa yoluxub, beləliklə də bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 37 min 418 nəfərə çatıbdır. 

Bu məlumata əsasən, Azərbaycan Respublikasında indiyədək, 967 min 40 test aparılıbdır. 

Həmçinin, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi Sima Sadat Lari bazar ertəsi günü ölkədəki koronavirusla bağlı son durumu açıqlayarkən, deyib: "İranda son 24 saat ərzində qəti diaqnostika meyarlarına əsasən, iki min 152 nəfərdə COVİD-19 infeksiyası aşkar edilib, onlardan min 116 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicə alaraq, evə buraxılıb.

Larinin sözlərinə görə, indiyədək İranda 335 min 572 xəstə koronavirusdan sağalaraq, xəstəxanalardan evə buraxılıb.

Teqlər