Sen 10, 2020 19:49 Asia/Baku
  • İran Silahlı Qüvvələrinin

"Zülfüqa 99" təlimlərində İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə (HHM) qüvvələri tərəfindən optimallaşdırılmış Şələmçə rakrti Hava Hücumundan Müdafiə Qərargahının nəzarəti altında şərti düşmənin hədəflərini məhv edib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası Ordusunun "Zülfüqar 99" birgə hərbi təlimlərinin əsas etapı, "Müdafiə Gücü sayəsində davamlı təhlükəsizlik" şüarı və "Ya Seyidüş-Şühəda" rəmzi ilə bu gün səhər saatlarında ölkənin cənubunda başlayıb.

İİR Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, şərti düşmənin uçuş aparatı yüksək sürətlə və yüksək hündürlükdə uçarkə, manevrin ümumi bölgəsinə daxil olmaq istəyib ki, radarda kiçik effektiv səpələnmə sahəsinə malik olmasına baxmayaraq,  təlimlərin bu hissəsində Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının nəzarəti altında olan radar sistemləri vasitəsilə aşkar edilib və məhv edilməsi yerli hava hücumundan müdafiə sisteminə tapşırılıb və yer-hava raketin uğurlu buraxılışı ilə məhv edilib.

 İran İslam Respublikası Ordusunun «Zülfüqar-99» birgə hərbi təlimlərinin mətbuat katibi Kontr-admiral Şəhram İrani kiçik uçuş aparatları ilə mübarizədə yerli bacarıqlara toxunaraq, deyib: "Hərbi təlimlərin geniş bölgəsinə hər hansı bir kiçik uçuş aparatının daxil olmasına mane olmaq və onları istədiyimiz məkana yönəltmək bu təlimlərdə məşq edilən hallardan idi".

O, əlavə edib: "Bu təlimlərdə region və regiondankənar qüvvələrin hərəkətləri tamamilə izlənilir və fövqəladə hallarda təcavüzkar hücumçu uçuşlar, marşurutların müəyyən edilməsi və hədəf mövqelər yönləndirilir".

Qeyd edək ki, təlimlərin radiusu Hörmüz boğazının şərqindən və Oman dənizindən Hind okeanının şimalına qədər 2 milyon kvadrat kilometr ərazini əhatə edir.

Teqlər