İranda koronavirusdan 341 min nəfər sağalıb
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi koronavirusdan təxminən 341 min xəstənin sağaldığını bildirib.
SəhərAzəri xəbər verir, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari bu gün koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, son 24 saat ərzində koronavirusa min 63 yeni yoluxma faktı qeydə alınıb, onlardan 1041 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicə alaraq, evə buraxılıb.
Larinin sözlərinə görə, İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 395 min 488 nəfərə çatıb və son sutkada 129 nəfər bu virusdan dünyasını dəyişib, beləliklə də koronavirus qurbanlarının ümumi sayı 22 min 798 nəfərə yüksəlib.
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi İranda ümumilikdə 340 min 842 koronavirus xəstəsinin müalicə olunaraq, xəstəxanalardan evə buraxıldığını bildirib.
Qeyd edək ki, bütün dünyada koronavirusa yoluxanların sayı 28 milyon nəfərə çatıbdır, onlardan ən azı 908 min nəfər həyatını itirib, təxminən 20 milyon nəfər isə müalicə olunub.