İİR XİN sözçüsü İranın Yəmənə silah yardımı iddiasını rədd edib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın Yəmənə silah yardımı iddiasını rədd edib.
SəhərAzəri xəbər verir, Səid Xətibzadə BMT-nin İnsan Haqları Şurasının Yəmənin durumu barədə olan hesabatına cavab olaraq deyib: İranın adının Yəməndə səud koalisiyası təcavüzkarlarının silah təminedicilərinin kənarında yerləşdirilməsi tamamilə qeyri-düzgün bir iddiadır.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sonra deyib: BMT-nin İnsan Haqları Şurasının hesabatı İran İslam Respublikasının Yəmən böhranının siyasi həllindəki əsas roluna və əsirgənməyən yardımlarına göz yumubdur.
Səid Xətibzadə deyib: Belə bir halda, Amerika Birləşmiş Ştatları və bəzi Qərb ölkələri, o sıradan Kanada tərəfindən səud koalisiyasına silah satışı tam aşkar şəkildə həyata keçirilir. Belə ki, barəsində yayılmış statistikalar mövcuddur.
Xətibzdə bildirib ki, bu ölkələrin bəziləri insan haqları dairələrinin təzyiqləri altında Ərəbistana silah satışını bir müddət dayandırdı və ya məhdudlaşdırdılar.
O, deyib: Acı gerçəklik bundan ibarətdir ki, çox mənfəət gətirən silah ticarəti bu ölkələrin beynəlxalq və etik öhdəliklərə göz yummalarına səbəb oldu. Onların düzəltdikləri silahlardan Yəmən xalqının qırğın və bu ölkə infrastrukturlarının məhv edilməsində istifadə olunur. Belə ki, hazırda ən böyük insan faciəsi səud koalisiyası və onların silah himayədarları tərəfindən Yəməndə törədilməkdədir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin qeyd olunan hesabatda onlarla dəfə bu ölkənin adı və təxribatçı roluna işarə edilən Ərəbistanın tərəfindən Yəmənin şiddətli tərzdə mühasirə olunmasına toxunaraq, vurğulayıb: Bu qeyri-insani mühasirə hətta İranın Yəmənə humanitar yardımlar çatdırmasına belə mane olubdur. Buna görə, İranın silah köməyi iddiası kökündən yanlışdır və bu barədə isbat edilmiş heç bir sənəd mövcud deyildir.