Sen 16, 2020 16:12 Asia/Baku
  • İranda 352 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi ölkədə 352 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda iki min 981 yeni COVID-19 xəstəsi aşkar edilib. 1726 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 410 min 343 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 179 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 23 min 632 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 352 min 19 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdı

Teqlər