Sen 18, 2020 08:49 Asia/Baku
  • İran Amerikanın qanun pozuntusunun təhlükəli nəticələri haqda xəbərdarlıq edib

İranın Cenevrə tərkisilah konfransındakı nümayəndəsi Amerikanın qanun pozuntusunun beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhlükəli nəticələri haqda xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, Nəbi Azadi tərkisilah konfransının ümumi iclasında Amerika səfirinin bu konfransda Vaşinqtonun İrana qarşı silah sanksiyalarını davam etdirmək üzrə səyləri və «İranın terrorizmi himayə etməsi» iddiasına dair sözlərinə cavab olaraq deyib: Amerikanın rəsmi şəxslərinin sözləri və etiraflarına bir baxış, kimin terrorizmin himayədarı olmasına aydınlıq gətirir.

Nəbi Azadi ABŞ prezidentinin İrana qarşı güc işlətməyə dair ardıcıl təhdidləri ilə bağlı xəbərdarlıqla, belə bir təhrikedici sözlərin BMT Nizamnaməsində dərc olunmuş maddələrin əsas prinsiplərini pozduğunu bildirib və Amerikanın qanunsuz hərəkətləri, həmçinin məsuliyyətsiz siyasətlərinin təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Nəbi Azadi sonda bildirib ki, İran İslam Respublikası hər hansı bir təcavüz qarşısında öz milli maraqlarının təmin edilməsi, ərazi bütövlüyü, suverenliyi və xalqını qanuni müdafiə sahəsində bir an belə ləngiməyəcəkdir.

Üçgünlük tərkisilah konfransı çərşənbə günü Cenevrədə başlanıb və bu gün, cümə günü başa çatacaqdır.

Teqlər