İranın cənub-şərqində üç tondan çox narkotik maddə aşkar edilib
https://azeri.sahartv.ir/news/İran-i367475-İranın_cənub_şərqində_üç_tondan_çox_narkotik_maddə_aşkar_edilib
İranın Sistan və Bəluçistan vilayətində sərhədçilər iki ayrı-ayrı əməliyyatda üç tondan çox narkotik maddə aşkar ediblər
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2020 10:36 Asia/Baku
  • İranın cənub-şərqində üç tondan çox narkotik maddə aşkar edilib

İranın Sistan və Bəluçistan vilayətində sərhədçilər iki ayrı-ayrı əməliyyatda üç tondan çox narkotik maddə aşkar ediblər

Səhər Azəri bildirir ki, İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd komandanı briqada generalı Əhməd Əli Qudərzi deyib: "İranın cənub-şərqində yerləşən Səravan şəhərində sərhədçilər İran ərazisinə narkotik maddələr köçürmək niyyətində olan peşəkar bir dəstəni müəyyən ediblər və narkotik qaçaqmalçıları ilə sərhədçilər arasında silahlı toqquşmada onlardan iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. 

İranın nizam-intizam qüvvələrinin sərhəd komandanı əlavə edib: "Bu əməliyyatda iki avtomobil saxlanılıb və bir ton 222 kiloqram tiryək və 51 kiloqram həşiş aşkar edilib.

Briqada generalı Qudərzi, həmçinin Oman dənizi hövzəsində keçirilən başqa bir əməliyyata da toxunub və bu əməliyyatda iki ton 200 kiloqram tiryəkin aşkar edildiyini bildirib.

İran İslam Respubliksı sanksiya şəraitində olmasına baxmayaraq, son bir ildə 950 tondan çox narkotik maddə aşkar və müsadirə etməklə dünyada narkotik maddələrin aşkar edilməsi sahəsində ən yüksək göstəriciyə malikdir.