Quterreş ABŞ-ın bildirişinə reaksiya verib
https://azeri.sahartv.ir/news/İran-i367498-quterreş_abŞ_ın_bildirişinə_reaksiya_verib
BMT-nin baş katibi ABŞ-ın İran əleyhinə beynəlxalq sanksiyaların bərpa edilməsinə dair bildirişinə reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2020 04:25 Asia/Baku
  • Quterreş ABŞ-ın bildirişinə reaksiya verib

BMT-nin baş katibi ABŞ-ın İran əleyhinə beynəlxalq sanksiyaların bərpa edilməsinə dair bildirişinə reaksiya verib.

Səhər Azəri bildirir ki, Antonio Quterreş Təhlükəsizlik Şurasına xitabən dəqiq məlumatın olmadığına görə ABŞ-ın İran əleyhinə sanksiyaların bərpa edilməsinə dair istəyi ilə bağlı hansısa addımın atılması mümkün deyil.

ABŞ dövlət katibi Mayk Pompeo avqust ayında BMT-nin Təhlükəsizlik Şurasında İran əleyhinə beynəlxalq sanksiyaların bərpa edilməsinə dair bir proses başladıb. Pompeo İran əleyhinə silah qadağasının müddətinin uzadılmasını istəsə də, Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü bu istəyə qarşı çıxıb. Təhlükəsizlik Şurasının üzvləri ABŞ-ın 2015-ci ildə İran ilə nüvə anlaşmasından çıxdığını bildirərək, Vaşinqtonun İran əleyhinə sanksiyaların bərpa edilməsi üzrə "Tətik" mexanizmindən istifadə etməyə səlahiyyətinin çatmadığını vurğulayıblar.