Ərdoğan: İranın nüvə işi diplomatiya yolu ilə həll edilməlidir
https://azeri.sahartv.ir/news/İran-i367566-Ərdoğan_İranın_nüvə_işi_diplomatiya_yolu_ilə_həll_edilməlidir
İranın nüvə işi siyasi və diplomatiya yolu ilə həll edilməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2020 16:05 Asia/Baku
  • Ərdoğan: İranın nüvə işi diplomatiya yolu ilə həll edilməlidir

İranın nüvə işi siyasi və diplomatiya yolu ilə həll edilməlidir.

Səhər Azəri bldirir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci sessiyasında etdiyi çıxışda deyib. 

Rəcəb Təyyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bir daha Təhlükəsizlik Şurasının strukturunu tənqid edib və deyib: Təhlükəsizlik Şurasının strukturuna dəyişiklik edilməli və BMT-də daxili əməkdaşlıqları gücləndirməliyik.

Videokonfrans formatında keçirilən iclasda çıxışı zamanı Türkiyə prezidenti İranın nüvə işinin də diplomatiya  yolu ilə həll edilməsinə təkid edib. 

Ərdoğan daha sonra Suriya böhranına işarə edib və deyib: Bu böhranın BMT-nin qətnamələri çərçivəsində həll edilməsinə diqqət göstərilməlidir.