İranın Fars vilayətində
Dünyanın ən iri dəmyə əncir bağında məhsul yığımı
Fars vilayəti 35 min hektar əncir bağlarına malik olmaq və ildə qırx min ton əncir məhsulu ilə bu məhsulun istehsalı sahəsində İranda ilk yeri qazanıb.
Səhər Azəri bildirir ki, İranın Fars vilayətində yerləşən Estəhband məntəqəsində, dünyanın ən iri dəmyə əncir bağında məhsul yığımı başlanıb.
İsti yay fəslinin son günlərindən birinin səhəri.
Qapısı və darvazası olmayan bir bağa gəlmişik.
Bu bağın nə zəhərə, nə gübrəyə, nə də ki, suvarmaya ehtiyacı var. Bura, Şirazın Estəhban məntəqəsində yerləşən dünyanın ən böyük dəmyə əncir bağıdır.
Bu iri bağdakı ağaclar indi bəhrə verib və yığım vaxtıdır. Estəhban ənciri çeşidli növlərə malikdir. Onun bir növü yığılmalıdır. Başqa növü isə quruyur və budaqdan ayrılaraq, ağacın altına tökülür.
Ağacın altına tökülən əncirlər toplanaraq, yük yerinə köçürülür.
Əncirlər azı dörd gün, birbaşa şəkildə günün şüaları altında qalmalıdırlar. Bu dəmyə əncirin dadı ölkənin digər bölgələrinin əncirlərinin dadından fərqlənir. Bu bağlarda məhsuldarlıq orta hesabla hər hektarda min yüz kilodur. Bu rayonda emal zavodlarının, eləcə də qablaşdırmanın olmamasına görə, əncir xammal formasında ixrac edilir.
İstehsalçı: Biz dünyanın Kanada, Amerika və Avropa ölkələri kimi ölkələrinə, daha mühümü isə, Yaponiyaya əncir ixrac edirik.
Əncirdən 20-dən çox növ məhsul emal etmək olar.
Estəhban məntəqəsi əncir ixracı üzrə terminal kimi təqdim olunub və ölkəmizin müxtəlif nöqtələrindən yığılan əncirlərin bu rayon vasitəsilə xaricə ixrac edilməsi qərara alınıbdır.