Sen 30, 2020 14:31 Asia/Baku
  • Tehran-Bakı əlaqələri əsassız şayiələrin təsiri altına düşməyəcək

İranın prezident administrasiyasının başçısı bildirib ki, Tehran-Bakı əlaqələri əsassız şayiələrin təsiri altına düşməyəcək.

SəhərAzəri xəbər verir, Mahmud Vaezi bəzi mediaların İran tərəfindən Ermənistana köməyin edilməsinə dair iddiaları təkzib edib. Bildirib ki, Tehran-Bakı əlaqələri əsassız şayiələrin təsiri altına düşməyəcək.

Vaezi bu gün Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayevlə telefon əlaqəsi saxlayaraq, bildirib ki, İranın Ermənistana köməyinə dair şayiələr səmimi Tehran-Bakı əlaqələrini pozmaq məqsədilə irəli sürülür. O, deyib ki, İran-Azərbaycan Respublikası münasibətlərinin bədxahlarının hərəkətləri nəticəsiz qalacaq.

Vaezi həmçinin Azərbaycan Respublikası ilə Ermənistan arasında baş verən münaqişə və döyüşlərdən narahatlıq ifadə edib. Bildirib ki, İran son olayları diqqət və ciddiliklə izləyir və iki ölkə arasındakı ixtilafların həlli üçün beynəlxalq hüquq normaları və qanunları çərçivəsində dialoq və müzakirə yolu ilə hər hansı köməyi göstərməyə hazırdır.

Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev də bu telefon söhbətində İranı Azərbaycan Respublikasının dostu və yaxşı qonşusu adlandırıb. Deyib ki, iki ölkə qarşılıqlı səmimi münasibətlərə malikdir və bu səmimi əlaqələrin əleyhdarlar tərəfindən pozulmasına yol verilməməlidir.

Teqlər