İranın sərhəd bölgələrinə beş mərmi düşüb
https://azeri.sahartv.ir/news/İran-i367885-İranın_sərhəd_bölgələrinə_beş_mərmi_düşüb
İranın Xodafərin rayonunun icra başçısı deyib ki, Ermənistan və Azərbaycan Respublikası hərbi qüvvələrinin Qarabağ bölgəsindəki döyüşləri nəticəsində bu gün səhərdən bəri döyüşən tərəflərin beş mərmisi İranın sərhəd bölgələrinə düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2020 14:31 Asia/Baku
  • İranın sərhəd bölgələrinə beş mərmi düşüb

İranın Xodafərin rayonunun icra başçısı deyib ki, Ermənistan və Azərbaycan Respublikası hərbi qüvvələrinin Qarabağ bölgəsindəki döyüşləri nəticəsində bu gün səhərdən bəri döyüşən tərəflərin beş mərmisi İranın sərhəd bölgələrinə düşüb.

SəhərAzəri xəbər verir, Əli Əmiriye Rad IRNA ilə müsahibədə sonra belə deyib: İki mərmi «Pərvizxanlı» kəndinin yaşayış bölgəsinə düşüb. Nəticədə altı yaşlı bir uşaq yaralanıbdır.

Əmiriye Rad bildirib ki, üç mərmi də «Pərvizxanlı» kəndinin bağları və əkin sahələrinə düşübdür.

Bazar ertəsi günü də Ermənistan və Azərbaycan Respublikası hərbi qüvvələrinin Qarabağ bölgəsindəki döyüşləri nəticəsində döyüşən tərəflərin üç mərmisi İranın sərhəd bölgələrinə düşmüşdü.

Ermənistan və Azərbaycan Respublikası hərbi qüvvələrinin Qarabağ bölgəsindəki döyüşləri bazar günü səhər bərpa edilibdir.