İran ilə Rusiya XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə ediblər
https://azeri.sahartv.ir/news/İran-i367937-İran_ilə_rusiya_xİn_başçıları_qarabağdakı_vəziyyəti_müzakirə_ediblər
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 03, 2020 12:07 Asia/Baku
  • İran ilə Rusiya XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə ediblər

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

SəhərAzəri xəbər verir, tərəflər söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti hərtərəfli müzakirə ediblər.

Məlumatda qeyd olunur ki, hər iki tərəf dərhal atəşkəsə əməl edilməsinə və gərginliyin azaldılmasına, təxribatçı və döyüşə çağıran ritorikalardan çəkinməyə çağırıblar.

Danışıq zamanı həmçinin Sergey Lavrov Rusiyanın həm milli keyfiyyətdə, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yollarla həllinə dəstək üçün vasitəçilik səyləri göstərməyə davam edəcəyini vurğulayıb.

Nazirlər sonra bölgə ölkələrinin, xüsusən də Azərbaycan və Ermənistanın qonşularının tərəflərin danışıqlar masasına tezliklə qayıtması üçün əlverişli şəraitin yaradılmasında oynaya biləcəyi mühüm rolu qeyd ediblər.