İranın cənub-şərqində üç tondan çox narkotik maddə aşkar edilib
https://azeri.sahartv.ir/news/İran-i368006-İranın_cənub_şərqində_üç_tondan_çox_narkotik_maddə_aşkar_edilib
İranın Sistan və Bəluçestan vilayətinin polis komandanının əvəzi bu vilayətdə üç tondan çox narkotik maddənin aşkar edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2020 10:45 Asia/Baku
  • İranın cənub-şərqində üç tondan çox narkotik maddə aşkar edilib

İranın Sistan və Bəluçestan vilayətinin polis komandanının əvəzi bu vilayətdə üç tondan çox narkotik maddənin aşkar edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Briqada generalı pasdar Əhməd Taheri IRNA ilə müsahibədə nizam-intizam qüvvələrinin Mircavə ətrafında narkotik maddələr qaçaqmalçılarına qarşı uğurlu əməliyyatından xəbər verib.

İranın Sistan və Bəluçestan vilayətinin polis komandanının əvəzi bildirib ki, bu əməliyyatda bir qaçaqmalçı həbs olunub. O, deyib ki, qaçaqmalçıların avtomobilində, həmçinin gizli məkanında təftişin aparılması nəticəsində üç ton 365 kiloqram narkotik maddə aşkar edilibdir.

İran İslam Respublikası sanksiya şəraitində olsa da ötən bir ildə 950 tondan çox aşkar və müsadirə etmə ilə dünyada ən çox narkomaddə aşkarlama miqdarına malik olubdur.