İranda üç min nəfərdən çox koronavirus xəstəsi aşkar edilib
İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə üç min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 235 nəfərin həyatını itirməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda üç min 902 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 1953 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının 475 min 674 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 235 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 27 min 192 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 392 min 293 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.