Okt 06, 2020 16:02 Asia/Baku
  • Dünyanın 26 ölkəsi ABŞ sanksiyalarına son qoyulmasına çağırıb

İran İslam Respublikası, Suriya, çin, Rusiya və İraq da daxil olmaqla dünyanın 26 ölkəsi ABŞ və bəzi qərb ölkələrinin dünyanın müstəqil ölkələrinə qarşı zalımcasına iqtisadi sanksiyalarının koronavirusla mübarizə sahəsində əsas maneəyə çevrildiyni bildirərək, bu vəziyyətə son qoyulmasına çağırıblar.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir, bu ölkələrin birgə bəyanatı, dünən oktyabrın 5-də BMT Baş Assambleyasının insan haqları üzrə üçüncü sessiyasında Çin tərəfindən qiraət olunub.

9 Afrika ölkəsi, həmçinin şimali koreya və Belarus da daxil olmaqla bu 26 ölkə öz bəyanatında, sanksiya tətbiq edən ölkələrin insan hüquqlarını pozaraq, COVİD-19 infeksiyası ilə mübarizə səylərinə mane olduğunu vurğulayıb.

Bəyanatda koronavirus böhranının bütün xalqlara, o cümlədən inkişaf etməkdə olan ölkələrə ciddi şəkildə təsir etdiyi bildirirlib və qeyd olunub ki, koronavirusla mübarizə üçün qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq vacibdir.

Əsas maddələri, hətta dərman preparatları və tibbi ləvazimatları da əhatə edən Vaşinqtonun birtərəfli və zalımcasına sanksiyaları, ABŞ sanksiyalarına məruz qalan ölkələrin xalqına, xüsusilə koronavirus xəstələrinə bir çox problem yaradıbdır.

Bu yaxınlarda, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif,  özüdə koronavirusun yayıldığı bir dönəmdə, ABŞ-ın düşmənçilik siyasətlərini tənqid edib və dünyanın artıq ABŞ-ın tibbi terrorizm ilə düyünlənmiş iqtisadi terrorizmi qarşısında susa bilmiyəcəyini söyləyib. 

Teqlər