Okt 06, 2020 20:20 Asia/Baku
  • Rəbii:

İran hökumətinin mətbuat katibi Azərbaycanla Ermənistan arasında baş verən son döyüşlər zamanı İran ərazilərinə edilən bəzi təcavüzlərə münasibət bildirib. O, deyib: "İran İslam Respublikası qətiyyən torpaqlarına qarşı təcavüzə dözməyəcək".

SəhərAzəri İran hökumətinin sözçüsü Əli Rəbii bu gün keçirdiyi mətbuat konfransında əlavə edib: "Rəsmi Tehran bir plan hazırlayıb ki, Azərbaycan Respublikası və Ermənistan, habelə digər region və qonşu ölkələrlə məsləhələşərək, onu həyata keçirəcək".

İran hökumətinin mətbuat katibi, on illərlə davam edən bir münaqişənin həlli üçün hərbi yolun düzgün yol olmadığını bəyan edib və xatırladıb ki, İran hər iki tərəfi zorakılığa və qan tökülməsinə dərhal son qoymağa və danışıqlar və diplomatiya yolu ilə beynəlxalq qanunlara riayət etməyə çağırır.

Rəbii, həmçinin ölkənin şimal-qərbindəki sərhəd bölgələrində İran vətəndaşlarının əmlakına dəyən ziyanla bağlı narahatlıq ifadə edərək, vurğulayıb: "Bu cür hadisələr təkrarlanarsa, İran İslam Respublikası bütün mövcud variantları nəzərə alaraq, ona biganə qalmayacaq".

Teqlər