General-mayor Hatəmi:
"İranın sərhəd bölgələrinə mərminin düşməsi yolverilməzdir"
Okt 06, 2020 20:22 Asia/Baku
İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Dağlıq Qarabağda Azərbaycanla Ermənistan arasında baş verən toqquşmalar zamanı İranın bəzi sərhəd bölgələrinə mərminin düşməsinə münasibət bildirib. O, deyib: "Bu hərəkət əsla qəbulediləsi deyil".
SəhərAzəri İRNA-ya, general-mayor Əmir Hatəmi bu gün etdiyi çıxışında İran vətəndaşlarının və sərhəd sakinlərinin təhlükəsizliyinin çox vacib olduğunu bəyan edərək, əlavə edib: "Bu sahədə Qarabağ bölgəsində döyüşən tərəflərə lazımi xəbərdarlıqlar edilib".
General-mayor Hatəmi İran xəbərdarlıqlarına Qarabağ münaqişəsində iştirak edən qonşular tərəfindən diqqət və əməl ediləcəyinə ümidvar olduğunu bildirib, çünki İranın sərhəd bölgələrinə mərmilərin düşməsi davam edərsə, daha çox tətbirlər görüləcək.