Tehrandan Bakıya və Yerevana etiraz notası
İran Xarici İşlər Nazirliyi rəsmi bir notada Rəsmi Tehranın İran ərazisinə atılan və düşən güllə və raketlər barədə Bakıya və Yerevana kəskin tərzdə etiraz edib.
SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün müxbirlərin Tehranın Azərbaycan Respublikası və Ermənistan ərazilərindən İran İslam Respublikası ərazisinə atılan və düşən güllə və raketlərlə bağlı tədbirləri barədəki suallarının cavabında deyib: Məsələnin Azərbaycan Respublikası və Ermənistan sərhədçiləri ilə görüşlərdə İran sərhədçiləri tərəfindən öyrənilməsindən və ölkəmizin ərazisinə edilmiş təcavüzlər barədə rəsmi notanın təqdim olunmasından əlavə, İran Xarici İşlər Nazirliyi ölkəsinin ərazi bütövlüyünün pozulması, İran vətəndaşlarının təhlükəsizliklərinin əllərindən alınması və onlara maliyyə ziyanlarının vurulması barədə Azərbaycan Respublikası ilə Ermənistan hökumətlərinə İran dövlətinin kəskin etirazını bildiribdir.
Xətibzadə bir daha vurğulayıbdır ki, İran İslam Respublikası öz vətəndaşlarının təhlükəsizliyi barədə heç bir vəchlə güzəştə getməyəcəkdir. O, deyib: Tehran/ Bakı və Yerevandan istəyibdir ki, dosluq əlaqələri və dinc yanaşı yaşama prinsipləri spektrində İran İslam Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət edərək, bu kimi qəbuledilməz hadisələrin təkrarlanmasının qarşısını almaq üçün bütün lazımi təhlükəsizlik tədbirlərini görsünlər.