İranın qeyri-neft ixracatının dəyəri 24 faiz artıb
İranın xarici ticarəti bu il avqustun 22-dən sentyabrın 21-dək beş milyard 767 milyon dollar dəyərində olan təqribən on bir milyon ton əmtəə malı qədər olub.
SəhərAzəri xəbər verir, Bu göstərici ixracat sektorunda öncəki ayın müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 24 faizdən çox artımdan xəbər verir.
Bu məlumatı verən İran gömrüyünün sözçüsü Seyyed Ruhollah Lətifi bildirib ki, həmin miqdardan iki milyard 691 milyon dollar dəyərində olan səkkiz milyon 252 min tonu ixracat payı olubdur.
İran gömrüyünün sözçüsü sonra deyib: Bu müddətdə ixracat, öncəki oxşar dövr ilə müqayisədə çəki baxımından altı, dəyər cəhətdən isə iyirmi dörd tam onda beş faiz artıma malik olubdur.
Lətifi İran məhsulları ixracatının beş istiqaməti barədə deyib ki, Çin, İraq, əmirliklər, Əfqanıstan və Türkiyə müvafiq olaraq, İran məhsullarının ixracatı üzrə əsas istiqamətlərdən olubdur.