Trampın hörmətsizliyi onun İran barədəki hədəflərinə çatmamasından əsəbiləşməsinin nişanəsidir
Bir İran rəsmisi deyibdir ki, ABŞ prezidentinin İrana qarşı hörmətsizliyi onun İran barədəki hədəflərinə çatmamasından əsəbiləşməsinin nişanəsidir.
SəhərAzəri xəbər verir, İran Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri IRNA ilə müsahibədə bildiribdir ki, Trampın son sözləri Amerika prezidentinin yırtıcı xislətinin dərinliyini açıq şəkildə göstərdi.
Seyyed Kəmal Xərrazi söyləyib: Bu hörmətsizliklər nəinki Amerika hökumətinin öz məqsədlərinə çatmasında təsirsizdir, həm də İran xalqını/ malik olmalı olacağı müqavimət istiqamətində daha da birləşdirərək, daha da məlumatlı edəcəkdir.
Xərrazi İranın on səkkiz bankının Amerika tərəfindən sanksiya edilməsinə də toxunub və belə deyib: Amerika yeni sanksiyalar tətbiq etmək və ikiqat təzyiq göstərməklə İranı dizə çökdürmək istəyir, amma o, yenə də nakam qalacaqdır.
ABŞ prezidenti cümə günü bir radio müsahibəsində nalayiq sözlərdən istifadə edərək, özünün İrana qarşı həyasızcasına ifadələrini təkrar etdi.
Amerikadakı siyasi aktivistlər və medialar bu müsahibənin yayımlanmasından sonra Trampı «söyüşcül» adlandırdılar.