Əhvazın Ameri Bazarında partlayiş
Okt 11, 2020 17:32 Asia/Baku
Bu gün səhər Əhvazın Ameri Bazarında qaz partlaması qəzaya səbəb olub.
SəhərAzəri xəbər verir, Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin Təcili yardım Mərkəzinin sədri deyib: Hadisə bu gün səhər Ameri Bazarı - Ələvi küçəsiində baş verib.
Dr. Farhang Kərəbəndi əlavə edib: Yanğın baş verdikdən sonra hadisə yerinə xilasedicilər göndərilib və Yaralılar İmam Xomeyni və Gülüstan xəstəxanalarına köçürülüb. Təəssüf ki, indiyədək beş nəfər ölüb, doqquz nəfər yaralanıb.