Okt 11, 2020 21:13 Asia/Baku
  • Ayətullah Nuri Həmədani: Biz Azərbaycan şiələrinin yanındayıq

Ayətullah Nuri Həmədani Dağlıq Qarabağ regionunda baş verən müharibə ilə bağlı dindarların ona ünvanladığı sualı cavablandırıb.

SəhərAzəri xəbər verir, Böyük təqlid mərcəsi Ayətullah əl-üzma Nuri Həmədani Azərbaycan dindarlarının Qarabağla bağlı verdiyi sualın cavabında deyib:

Bismillahir-Rəhmanir-Rəhim

Salam ələykum

Azərbaycanla bağlı məlumatıma əsasən və bu ölkəyə səfərim zamanı onun əhalisinin bir hissəsi ilə də görüşüm oldu – həmin səfərdə vurğuladım ki, Qarabağ İslam dünyasının bir hissəsidir və İslam ölkəsinə qayıtmalıdır, Qarabağ, Azərbaycan şiələrinin inqilabçı əhval-ruhiyyəsi ilə azad olunmalıdır.

Düşmənlər də İran və Azərbaycan xalqları arasında təfriqə salmaq fikrinə düşməsinlər. Biz bu ölkənin şiələrinin yanındayıq və onların istəklərinin həyata keçməsinin vacibliyinə inanırıq.

10 oktyabr, 2020

Hüsein Nuri Həmədani

 

Image Caption

 

Teqlər