Okt 14, 2020 17:35 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 414 mini keçib

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə 4 min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 279 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.

Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda 4 min 830 yeni COVID-19 xəstəsi aşkar edilib. 2237 nəfər xəstəxanaya yerləşdirilib.

İranda koronavirusa yoluxanların ümumi sayının 513 min 219 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 279 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 29 min 349 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 414 min 831 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər