İranda koronadan sağalanların sayı 420 mini keçib
İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə 4 min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 265 nəfərin həyatını itirməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü məlumat verib.
Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda 4 min 552 yeni COVID-19 xəstəsi aşkar edilib. 2016 nəfər xəstəxanaya yerləşdirilib.
İranda koronavirusa yoluxanların ümumi sayının 522 min 387 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 265 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 29 min 870 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 420 min 910 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.